Bu gün Sport24.az saytı üçün əlamətdar gündür.
Ötən il martın 9-da ərsəyə gələn sayt ilk ad gününü qeyd edir. Cəmi bir ildir fəaliyyətdə olsa da, Sport24.az idman mətbuatı arasında özünəməxsus yerini tutmağı bacarıb.
Sportnet.az-ın kollektivi həmkarlarını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.