Hokkey üzrə Rusiya millisi və "Metallurq"un sabiq hücumçusu Valeri Karpov 44 yaşında vəfat edib. Sportnet.az-ın məlumatına görə, mənzilinə qalxarkən binanın pilləkanında yıxılaraq başından zədə alan Karpov bu gün dünyasını dəyişib.
İyul ayından komanda olan keçmiş şayba ustasının vəfatı ilə bağlı əks fikirlər var. Bəzi mətbuat orqanlarında onun dava zamanı başından butılka ilə başından vurulduğu deyilir. Lakin bu məlumat hələlik təsdiqini tamayıb.
Qeyd edək ki, Valeri Karpov 1993-cü ildə dünya çempionatının qızıl, 2002-ci ildə isə gümüş mükafatını qazanıb. "Metallurq"un heyətində iki dəfə Avropa Çempionları kuboku, "Maqnitka" ilə isə 1999-2000-ci ildə Rusiya çempionluğunu əldə edib. Son klubu "Traktor" olub.