Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) Azərbaycanda qeyri-qanuni təkliflərlə üzləşib.
Sportnet.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bəzi idmançı və məşqçilər tərəfindən qaydaları pozmağın müqabilində müxtəlif təkliflər olub.