"World of Outlaws" seriyalı yarış zamanı ABŞ pilotu Şeyn Stüart rəqibi Karson Masedo ilə dalaşıb.
Sportnet.az-ın məlumatına görə, Stüartın maşını döngələrin birində Masedonun maşınına dəyərək havada bir neçə dövrə vurub. Daha sonra o, rəqibinin dəbilqəsinə bir neçə zərbə endirərək, maşından çıxarmağa çalışıb. Davanın qarşısını stüardlar alıblar.
Qeyd edək ki, 6 mərhələdən sonra Karson Masedo 6-cı, Şeyn Stüart 7-ci pillədə qərarlaşıb.
. @dirtvision REPLAY: @shanestewart_5 and @carson_macedo get together on the start of the first @TeamDrydene Heat Race at @skagitspeedway. #LiveNOS pic.twitter.com/RAEeKI5dTb
— World of Outlaws (@WorldofOutlaws) August 31, 2019