
"Belə yüksək mükafata layiq görülməyim
və əməyimin qiymətləndirilməsi münasibətilə məni təbrik edənlərə minnətdarlıq
edirəm". Sportnet.az-ın məlumatına görə, bunu Beynəlxalq Olimpiya
Komitəsinin (İOC) prezidenti Tomas Bax Azərbaycan Dövət Bədən Tərbiyəsi və
İdman Akademiyasının (ADBTİA) fəxri doktoru alması münasibətilə təşkil olunan
tədbirdə deyib.
O bildirib ki, akademiyaya daxil olarkən, özünü evindəki kimi
çıxış edib. Bax divarlardakı yüksək nailiyyətləri olan idmançıların ADBTİA
yetirmələri olduğunu bildikdə böyük fəxr hissi keçirib: "Atalar sözü var:
"İnsanın qəlbi doludursa, onu saxlamaq olmur". Həqiqətən də mənim
qəlbim doludur. Amma rektorunuz da həssas insandır. Məni dəvət edərkən, dedi
ki, çalışın çıxışınız 7 dəqiqədən çox olmasın". Bax bildirib ki, ADBTİA
istedadlı idmançılar yetişdirməklə, cəmiyyətə xeyir verir və beynəlxalq aləmdə
ölkənin nüfuzunu artırır: "Bu, əhalinin böyük hissəsini 30 yaşdan aşağı
gənclərin təşkil etdiyi Azərbaycan üçün böyük nailiyyətdir. Mən burada əziyyət
çəkən hər kəsin əməyini yüksək qiymətləndirirəm. Xoşbəxtəm ki, rektorunuzun
verdiyi 7 dəqiqədən kənara çıxmadım. Hamınıza uğurlar və parlaq gələcək
arzulayıram".
Sonda Bax Abiyevə xatirə hədiyyəsi təqdim edib.