Bakıda səfərdə olan Beynəlxalq Olimpiya
Komitəsinin prezidenti Tomas Bax brifinq keçirib. Sportnet.az Baxın
jurnalistlərə açıqlamalarını təqdim edir...
- Azərbaycana səfəriniz barədə məlumat
verərdiniz...
- Öncə Bakı barədə təəssüratlarımı bölüşmək istəyirəm. Həqiqətən
də böyük inkişaf gedir. Bu barədə eşitmişdim. Amma ilk səfərimdəcə bu inkişafı
gözlərimlə görə bildim. Bununla yanaşı, ölkənizdə idmana göstərilən diqqət və
bu sahənin inkişafı məni çox mütəəssir etdi. Ona görə də səfərimi çox vacib
hesab edirəm. Eyni zamanda düşünüb və gördüklərim əsasında qeyd edə bilərəm ki,
Azərbaycanı işıqlı, parlaq gələcəyə aparan yollardan ən əsası idmandır. Çünki
idman gənclərin inkişafına kömək edir.
- Gələn il Bakıda I Avropa Oyunları keçiriləcək. Bu yarış
barədə nə düşünürsünüz?
- Bura gələndən sonra bir daha əmin oldum ki, Avropa
Oyunlarına hazırlıqlar yüksək səviyyədə təşkil olunub. Fikrimcə, bu,
Azərbaycanın imici, tanınması baxımından çox vacib hadisə olacaq və
Azərbaycanın dünya idmanına töhfəsi sayılacaq.
- Ermənistan tərəfi Avropa Oyunlarında iştirak üçün hansı
şərtlər irəli sürmüşdü və onların istəkləri nə dərəcədə təmin olundu?
- Məncə, "Bakı-2015"də iştirak edəcək bütün Avropa
ölkələri üçün Azərbaycan paytaxtında heç bir maneə olmayacaq. Məhz idman elə bir
vasitədir ki, bütün xalqlar, ölkələr arasında körpü rolunu oynayır. İnsanlar
idman vasitəsilə bir araya gəlir və barış əldə etməyə başlayır.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |