ABŞ və Kanadanın Milli Xokkey Liqasında (NHL) ilk dəfə koronavirusa yoluxma qeydə alınıb.
Sportnet.az xəbər verir ki, bu barədə jurnalist Elliot Fridman "Twitter" hesabı vasitəsi ilə məlumat verib. Oyunçunun adı açıqlanmasa da, onun Kanada təmsilçisi "Ottavı Senatorz"da çıxış etdiyi bəlli olub.
Qeyd edək ki, ABŞ-da koronavirusdan ölənlərin sayı 105 nəfərə çatıb. Ölkədə virusa 6 233 yoluxma halı qeydə alınıb, 17 nəfər sağalıb.