26 il əvvəl İmoladakı San Marino Qran-prisində dünyasını dəyişmiş "Formula 1" pilotu Ayrton Senna yarışlar zamanı bir-birindən fərqli avtomobillər idarə edib.
Sportnet.az-ın məlumatına görə, həmin maşınlar braziliyalı pilotun möcüzəvi idarəçiliyi sayəsində daha cəlbedici olub.
Senna 1994-cü ildə "Williams"da çıxış etdiyi vaxt San Marino Qran-prisinin "Tamburello" döngəsində trasdan uçaraq hasara çırpılıb. Həmin vaxt onun maşınının sürəti 300 km/saat olub. 3 qat dünya çempionu helikopterlə xəstəxanaya çatdırılsa da, həkimlər onun öldüyünü bildiriblər.
Qeyd edək ki, Ayrton Senna dünya çempionluqlarını 1988, 1990 və 1991-ci illərdə qazanıb.