"Formula 1"də çıxış edən "McLaren" komandasının yeni pilotu Daniel Rikkardonun məvacibi müəyyənləşib.
Sportnet.az-ın "Sportune" nəşrinə istinadən məlumatına görə, Böyük Britaniya komandası ilə 2+1 illik müqavilə imzalayan avstraliyalı sürücünün maaşı hər mövsüm üçün 10 milyon avro təşkil edəcək.
Bundan əlavə, 31 yaşlı pilot 2021-ci ildən hər xala görə 400 min avro, qələbəyə görə isə 1 milyon avro bonus qazanacaq.
Həmçinin müqavilədə Rikkardonun "McLaren"in əsas pilotu kimi göstərildiyi bildirilib.
Qeyd edək ki, Daniel Rikkardo "McLaren"də Karlos Saynsı əvəz edib. İspaniyalı pilot isə "Ferrari" ilə müqavilə imzalayıb.