Bu gün start götürəcək fiqurlu konkisürmə üzrə Moskva Qran-prisində rusiyalı idmançıların ən təhlükəli rəqibləri açıqlanıb.
Sportnet.az "Sport-Ekspress" nəşrinə istinadən xəbər verir ki, onlardan biri Azərbaycan təmsilçisi Yekaterina Ryabovadır. Rusiyalılar 17 yaşlı Ryabova ilə yanaşı, gürcüstanlı Moris Kvitelaşvilini də əsas favoritlərlərdən biri hesab edirlər.
Kişilərin mübarizəsində Azərbaycanı təmsil edəcək Vladimir Litvintsev isə medala iddiaçılar sırasında göstərilməyib.
Qeyd edək ki, Moskva Qran-prisinə noyabrın 24-də yekun vurulacaq.