
"Formula 1" üzrə Kanada Qran-prisi koronavirus pandemiyası səbəbindən ləğv edilib.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Radio Kanada" xəbər yayıb.
Bildirilib ki, təşkilatçılar yoluxma riskinin yüksək olacağından ehtiyat etdikləri üçün bu qərarı veriblər. Azarkeşsiz keçirilməsi nəzərdə tutulan yarış 11 - 13 iyunda olmalı idi.
Qeyd edək ki, Kanada Qran-prisi ötən mövsüm də eyni səbəbdən baş tutmayıb.