Nazirlər Kabinetinin “İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edilib.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklə idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 890 (səkkiz yüz doxsan) manatdan 1070 (min yetmiş) manata qaldırılıb.