Karyerasını bitirmiş Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabovanı Səbinə Əliyeva əvəzləyib.
Azərbaycan Qış İdmanı Növləri Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yeni idmançı beynəlxalq yarışlarda Vladimir Litvintsevlə birlikdə mübarizə aparacaq.
Rusiyanın Vladivostok şəhərində doğulmuş Əliyeva əvvəlcə qonşu ölkəni təmsil edib. Daha sonra o, öz istəyi ilə Azərbaycan yığmasında çıxış etməyə başlayıb. Hazırda o, 14 yaşındadır.
Ryabova isə səhhətində yaranan problemlə əlaqədar idmanla vidalaşıb. Federasiya ona Azərbaycanı beynəlxalq yarışlarda təmsil etdiyi üçün təşəkkürünü bildirib və gələcək işlərində uğurlar arzulayıb.
Fiqurlu konkisürən Pekin-2022 Qış Olimpiya Oyunlarında isə fərdi proqramda 15-ci yeri tutub.