
Bakıda keçirilən Airbadminton üzrə Avropa çempionatında komanda yarışında Azərbaycan millisi qitənin ən güclü ikinci komandası adını qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, bu nəticə sayəsində yerli komanda 11-14 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində təşkil olunacaq dünya çempionatında iştirak hüququ əldə edib.
Mundialda Avropanı Azərbaycandan başqa son çempion Almaniya və Bakıda keçirilən qitə çempionatının üçüncü komandası olan Bolqarıstan da təmsil edəcək.