
Formula 1 üzrə Avstriya Qran Prisinin müddəti uzadılıb.
Sportnet.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
Qran Prinin təşkilatçı şirkəti "Projekt Spilberq"lə müddəti 2041-ci ilə qədər olan müqavilə imzalanıb.
Avstriyadakı tur artıq 37 dəfə "kral yarışları"nın təqviminə düşüb.
Bu gün keçiriləcək Avstriya Qran Prisi Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi sentyabrın 19-21-də təşkil olunacaq.