"Müqavilə müddətinin 5 il yox, 3 il uzadılması "Formula 1" Şirkətlər Qrupunun yeni siyasətidir".
Sportnet.az-ın məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları - 2019" adlı konfransda deyib.
O bildirib ki, yeni müqavilə 2023-cü ilə qədər olsa da, uzunmüddətli layihəyə ümid edirlər: "Formula 1"i indiki məqamda Bakıdan ölkənin başqa bir şəhərinə köçürülməsi mümkün deyil. BŞH tərəfindən regionlarda "Formula" simulyator yarışları keçirilib".
A.Rəhimovun sözlərinə görə, "Formula 1" üzrə 2019-cu il Azərbaycan Qran-prisində də bir sıra tanınmış sənətçilər konsert proqramı ilə çıxış edəcəklər: "Hazırda müğənnilərin biri ilə danışıqlar sonuncu mərhələdədir".
Qeyd edək ki, əvvəlki illərdə Tarkan, Kristina Agilera kimi tanınmış müğənnilər Bakıda konsert proqramı ilə çıxış ediblər. (Report)