“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin keçirildiyi trekdəki problem aradan qaldırılıb.
Sportnet.az xəbər verir ki, trekdə olan 300-dən çox lyukun təkrar yoxlanılması prosesi başa çatdıb. Bundan sonra “Formula 2” yarışında sıralama turuna start verilib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) isə "Formula 1" üzrə birinci sərbəst yürüş sessiyası zamanı baş vermiş insidentlə əlaqədar press-reliz yayıb. Rəsmi açıqlamada bildirilir ki, sərbəst yürüş lük qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunub.
"Əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır. Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə birgə həmin lükün təhlükəsiz şəkildə əvəz olunması və trekdə olan bütün digər lüklərin növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində işləyirik. Pilotların təhlükəsizliyi bizim üçün hər zaman ən ümdə və ən yüksək məsələdir. Trekdə olan 300-dən çox lükün təkrar yoxlanılması prosesi aparılıb". (Report)