
Yaponiyalı fiqurlu konkisürən, üçqat dünya çempionu və Qış Olimpiya Oyunlarının mükafatçısı Kaori Sakamoto 2026-cı ildə karyerasını bitirəcək.
Sportnet.az “Nikkan Sports”a istinadən xəbər verir ki, idmançı məşqçiliyə başlamağı planlaşdırır.
26 yaşlı fiqurlu konkisürən 2022, 2023 və 2024-cü illərdə dünya çempionu adını qazanıb. 2025-ci ildə keçirilən mundialı isə gümüş medalla tamamlayıb.
Sakamoto həmçinin 2022-ci ildə Pekində təşkil edilən Qış Olimpiya Oyunlarında fərdi mübarizədə bürünc, komanda yarışında isə gümüş mükafatçı olub.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunları 2026-cı il fevralın 6-dan 22-dək İtaliyada keçiriləcək.