
Rusiyada gənclər arasında Müntəzəm Xokkey Liqasının oyununda kütləvi dava düşüb.
Sportnet.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, hadisə "Dinamo" və "Almaz" komandaları arasındakı qarşılaşma zamanı baş verib.
Məsələyə İdman və İntizam Komitəsinin iclasında baxıldıqdan sonra bəzi xokkeyçilər bir neçə oyunluq diskvalifikasiya olunub, bəziləri isə cərimələniblər.
Qeyd edək ki, görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Концовочка матча закипела: 215 штрафных минут заработали на двоих московское «Динамо» и «Алмаз» ????????
— Молодежная Хоккейная Лига (@MHL_rus) September 13, 2021
⠀#ЛигаСильных pic.twitter.com/Pz5FYFDCZy