Çexiya millisinin və Pardubitse "Dinamo"sunun sabiq xokkeyçisi Ladislav Lubina dünyasını dəyişib.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
54 yaşlı veteran oyunçu uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, Lubina keçmiş Çexoslovakiya yığmasının heyətində 1992-ci il Qış Olimpiya Oyunlarının bürünc mükafatçısı olub. O, həmçinin 3 dəfə dünya çempionatının bürünc medalını qazanıb.