
Rusiyalı tennisçi Mariya Şarapova DÇ-2014-də Əlcəzair - Rusiya görüşündə ailə qurmaq haqda təklif alıb. Sportnet.az-ın məlumatına görə, 4 müxtəlif şəxs ingiliscə "Şarapova, mənə ərə gəl", plakatını açıblar.
Oyunu televizorla izləyən gözəlçə bu təkliflərə özünəməxsus qaydada cavab verib: "Başım həmin təkliflərə elə qarışdı ki, qolu görmədim. İndi nə edim, dördünə birdən ərə gedim"?
Qeyd edək ki, Şarapova 1 ilə yaxındır bolqarıstanlı tennisçi Qriqor Dimitrovla görüşür. Bu yaxınlarda o, hissləri barədə də açıqlama verib: "O, həyatımda baş verən ən xoş hadisədir. Qriqor çox diqqətçil və xoşxasiyyətdir. Üstəlik hər ikimiz tennis oynadığımıza görə, həyat tərzimi başa düşür. Axı özü də tennislə yaşayır. Onu çox sevirəm".