1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sabiqlərdən "Qəbələ"yə dəstək
UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Çukariçki” ilə ilk oyun üçün Serbiyaya yollanan "Qəbələ”ni sabiq futbolçuları Branimir Subaşiçlə Milan Antiç ziyarət edib. Sportnet.az-ın məlumatına görə, serbiyalı futbolçular keçmiş komandalarına uğurlar arzulayıblar.
Azərbaycan millisində də çıxış etmiş Subaşiç gabalafc.az-a açıqlamasında "Çukariçki" barədə danışıb: "Çox sevinirəm ki, heyətində çıxış etdiyim "Qəbələ”ni Serbiyada görürəm. Sabiq komandamın rəqibi olan "Çukariçki” mənim yaşadığım evə ən yaxın yerləşən klubdur. Bu komanda son illərdə yüksəlib. "Çukariçki” heç də pis oynamır. İmkanlarına, təşkilati məsələlərə görə Serbiyanın 2-ci, 3-cü komandasıdır. Azərbaycanda çempionat avqustun əvvəlində başlayır. Serbiyada isə yarış bu həftə start götürəcək. Bu üzdən "Çukariçki” fiziki cəhətdən daha hazırlıqlı ola bilər".
Amma Serbiya əsilli hücumçu "Qəbələ”nin oyununu gördüyünü və sabiq komandasının daha güclü olduğunu bildirib. Onun fikrincə, əsas məsələ ilk oyunda qol buraxmamaq, imkan olsa vurmaqdır: "Cavab oyununda "Qəbələ” evdə qalib gəlib mərhələ adlaya bilər. Şansları bərabər sayıram. Oyunda daha çox yaxşı futbola azarkeşlik edəcəyəm. "Qırmızı-qaralar” sabiq komandamdır, "Çukariçki” isə Serbiyanı təmsil edir. Yəqin ki, "Qəbələ”yə daha çox simpatiya bəsləyəcəyəm”.
Antiç də "Qəbələ"yə azarkeşlik edəcəyini açıqlayıb. O, sabiq klubunu qrup mərhələsində oynamağa hazır sayıb: "Bu qarşılaşma mənim üçün çox maraqlı olacaq. Çünki komandaların sisteminə nəzər salsaq, hər iki klub ölkəsinin ən yaxşılarındandır. Hazırda "Çukariçki” "Partizan” və "Srvena Zvezda”dan daha yaxşı vəziyyətdədir. "Qəbələ” ilk oyunda qol vursa, növbəti mərhələyə yüksəlmə şansları böyük olacaq. Mən də daha çox sabiq komandamın mərhələ keçməsini istəyirəm. "Qəbələ”yə azarkeşlik edəcəyəm. Vaxtilə bu komandada çıxış etmişəm. Düşünürəm ki, "Qəbələ” Avropa Liqasının qrup mərhələsinə yüksələ bilər”.
Qeyd edək ki, Branimir Subaşiç 2010/2011 mövsümündə "Qəbələ”də çıxış edib. O, 21 matçda 2 qol vurub. 2009/2010 və 2010/2011 mövsümlərində "qırmızı-qara” formanı geyinmiş Milan Antiç isə 58 oyunda 6 dəfə fərqlənib.