Azərbaycan Premyer Liqasında II turun AZAL - "Qəbələ" matçında təsirli anlar yaşanıb. Sportnet.az-ın məlumatına görə, bu, ilk yarıya əlavə olunmuş 1-ci dəqiqədə qonaq komandadan Aleksey Qayın penaltini dəqiq yerinə yetirməsindən sonra baş verib.
Qoldan sonra azərbaycanlı futbolçular Ürfan Abbasov, Asif Əliyev və Samir Zərgərov ehtiyat oyunçular skamyasından hazırda həbsdə olan Cavid Hüseynovun 14 nömrəli formasını götürərək, nümayiş etdiriblər. Bununla onlar həm "Qəbələ"nin penalti ustasının məhz Hüseynov olduğunu yada salıblar, həm də komandanın kapitanına dəstək nümayiş etdiriblər.
Qeyd edək ki, ilk yarıdan sonra "Qəbələ" öndədir - 1:0.