
Azərbaycan boksçusu Elvin Məmişzadə karyerasının ən böyük uğuruna imza atıb. Sportnet.az-ın məlumatına görə, 24 yaşlı idmançı Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Bu, 52 kq çəki dərəcəsində çıxış edən Məmişzadənin il ərzində ikinci möhtəşəm nailiyyətidir. O, daha öncə "Bakı 2015" I Avropa Oyunlarının qalibi olub.