
Hazırda davam edən "Neftçi" - "İnter" matçında meydan sahiblərinin azarkeşləri tribunaları tərk edib. Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar"ın 36-cı dəqiqədə rəqib qapısından keçirdiyi topdan sonra azarkeşlər priotexniki vasitələrdən istifadə ediblər.
Bundan sonra "Neftçi" azarkeşləri stadiondan kənarlaşdırılıb. Daha sonra polislər azarkeşlərdən bir neçəsini Post-Patrul Xidmətinin maşınına yığaraq stadiondan uzaqlaşdırıblar. Azarkeşlərin taleyi barədə dəqiq məlumat verilmir.
Qeyd edək ki, hazırda meydan sahibləri öndədir - 1:0.