1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ponomaryovla qazanılan uğurun davamı 26 il sonra gəldi
"Norçöpinq" klubu 26 ildən sonra ilk dəfə İsveç çempionu olub. Sportnet.az-ın məlumatına görə, "göy-ağlar" sonuncu turda "Malmö"nü 2:0 hesabı ilə yenərək, ən yaxın rəqibi "Göteborq"u 3 xal geridə qoyublar.
Ölkənin ən titullu klubları məhz "Malmö" ilə "Göteborq" sayılır. Onlar hərəyə 18 dəfə çempion olublar. "Norçöpinq" tarixində 13-cü dəfə qızıl medallara yiyələnərək, 3-cü pilləyə qalxıb. Dördüncü yerdə isə bir titul geridə olan "Erqrüte"dir.
Qeyd edək ki, "Nörçöpinq"də Azərbaycanın futbol üzrə yeganə olimpiya çempionu İqor Ponomaryov da forma geyinib. Klub məhz Ponomaryovun oynadığı vaxt - 1989-cu ildə İsveç çempionu olub.