Azərbaycan Premyer Liqasında XI turun "Qəbələ" - "Kəpəz" matçı yenidən təxirə salına bilər. Sportnet.az-ın əldə etdiyi məlumatlara görə, hazırda Qəbələdə güclü külək və dumanlı hava şəraiti hökm sürür.
Şəhər stadionunda meydança dünənkindən də görünməz haldadır. Saat 20:00-dək hava şəraitinin necə olacağı maraq doğurur. Son məlumatlara əsasən, duman çəkilib, amma hava şəraiti yenə qeyri-sabitdir.
Qeyd edək ki, "Qəbələ" - "Kəpəz" matçı oktyabrın 30-da hesab 1:0 qonaqların xeyrinə ikən 29-cu dəqiqədə dayandırılıb. Buna dumanlı hava şəraiti üzündən meydanın görünməz hala düşməsi səbəb olub. Yarım saatlıq müzakirələrdən sonra qarşılaşmanın qalan bölümünün bu gün saat 20:00-dan etibarən oynanılmasına qərar verilib.