Britaniyalı boksçu Tayson Fyuri qazandığı İBF versiyası üzrə superağır çəkidə dünya çempionluğu kəmərini unitaza atıb. Sportnet.az-ın məlumatına görə, 27 yaşlı idmançı ukraynalı Vladimir Kliçkonu yenərək, əldə etdiyi çempionluqdan məhrum edildiyi üçün bu addımı atıb.
İBF kəmərinin mütləq müdafiəsi üçün o, digər ukraynalı Vyaçeslav Qlazkovla görüşdən imtina edib.
Qeyd edək ki, Tayson Fyuri gələn il Vladimir Kliçko ilə WBA, WBO və IBO kəmərləri uğrunda revanş döyüşünə çıxacaq.