Fransanın Lans əyalətinin müxtəlif məkanlarını azərbaycanlı iş adamı Hafiz Məmmədovun portretləri "bəzəməyə" başlayıb. Sportnet.az-ın "La Voix du Nord"a istinadən məlumatına görə, "Lans"ın sahibinin şəkilləri üzərində yumoristik ifadələr yazılıb.
Şəklin üstündə "Mən Hafiz Məmmədovam. "Lans"ın səhmdarı idim" yazılıbsa, altında "Hafiz məni öldürdü" ifadəsi əksini tapıb. Bu plakatlar ultras və müstəqil azarkeşlər tərəfindən hazırlanıb. Həmin şəxslər bu plakatlarla həmyerlimizi təhqir etmədiklərini, yumor məqsədi güddüklərini bildiriblər. Onlar klubu maliyyələşdirəcəyinə söz verdiyi halda, 4 milyon avro borcunu hələ də ödəməyən Məmmədova sataşıblar.
Qeyd edək ki, nəzərdə tutulan vəsaitin ödənilməməsi səbəbindən "Lans"a yayda transfer qadağası qoyulub.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |