Topaz Premyer Liqasında XXI turun "Simurq" - "Qəbələ" matçının 66-cı dəqiqəsində komik olay yaşanıb. Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin futbolçusu Elnur Abdullayev rəqiblə mübarizədə yerə yıxılıb.
Ona yaxınlaşan baş hakim İnqilab Məmmədov ayağa durmasını tələb edib. Referi yarımmüdafiəçinin bilərəkdən vaxtı uzatdığı qənaətinə gəlib. Abdullayev "Qəbələ"nin futbolçusunun cəzalandırılmasını istədiyi vaxt isə Məmmədov onu əli ilə itələyə-itələyə olay yerindən uzaqlaşdırıb. Bu məqam az qala əlbəyaxa döyüşü xatırladıb.
Qeyd edək ki, hazırda "Simurq" hesabda öndədir - 2:0.