1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zabit Səmədov növbəti qələbələrlə milyonçu oldu
Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Global Fighting Championship 3" turnirinin qalibi olub. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, 31 yaşlı idmançı mübarizəyə yarımfinal mərhələsindən başlayıb.
O, ilk görüşündə şotlandiyalı ulduz Stiv Makkinnonu yenib. Digər yarımfinal qarşılaşmasında Konqo-Almaniya əsilli Danyo İlunqa iranlı Cəfər Əhmədidən üstün olub. Nəticədə finalda Səmədov İlunqa ilə ü-üzə gəlib. Görüş başlayan kimi Azərbaycan təmsilçisi ardıcıl 2 dəfə ayaq zərbələri ilə rəqibini yerə sərib. Növbəti raundlarda döyüşü əks-hücumlar üzərində quran Səmədov kəsərli zərbələrlə 4-cü raundda qələbəyə nail olub. Bununla da məşhur döyüşçü kuboka və 1 milyon dirhəm (286 min manat) pul mükafatına sahib olub.
Mükafatlandırma mərasimində söz alan Səmədov: "Yaşasın Azərbaycan! Çox sağ olun ki, gəldiniz, bizi dəstəklədiniz. Həmyerlilərimə xüsusi minnətdarlığımı bildirirəm" deyib.