
Almaniyanın "Bavariya" klubunun baş məşqçisi Xosep Qvardiola Portuqaliya "Portu"su ilə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununu cırıq şalvarda keçirib. Sportnet.az-ın məlumatına görə, gözlənilməz olay görüşün ikinci hissəsində baş verib. 
Yırtıq tikişlə gedib və ispaniyalı mütəxəssisin sol baldırının üstünü açıb. Buna rəğmən, Qvardiola matçın sonlarınadək komanda ilə birgə olub və 6:1 hesablı qələbəyə sevinib. 
Qeyd edək ki, "Bavariya" ilk görüşdən 1:3 hesablı məğlubiyyətlə ayrılmışdı. 









                 





    
    
    
    
    
    
    
    
    






















































