1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bakı 2015" Məşəli Ağcabədi və Ağdamda
"Bakı 2015" Məşəli mayın 10-da Azərbaycanın daha iki rayonuna səyahətini başa vurub. Sportnet.az-ın məlumatına görə, əvvəlcə Ağcabədi rayonu məşəl marafonuna qoşulub.
Şəhər mərkəzindəki Üzeyir Hacıbəyli küçəsində yerləşən Heydər parkı qarşısında quraşdırılmış tağdan keçməklə, fəal gənclərdən Radə Qafarovanın başladığı məşəl estafetini fəallar - Lamiyə Həsənova, Ülkər Balakişiyeva, Emin Süleymanov, Asim Mirzəxanlı, Xalid Babayev, əlbəyaxa döyüş ustası Rahib Əhmədov, karate-doçular - ikiqat dünya çempionu Əli Cəfərov, eləcə də Nərgiz Quliyeva davam etdiriblər. 3,48 km-lik estafetə Heydər Əliyev prospektində yekun vurulub. Səhnədə sonuncu məşəlçi, daha bir karate-do ustası Eldəniz Qənbərov alov çırağını yandırıb.
Qarşılanma mərasimi zamanı məktəblilər dövlət himnini səsləndiriblər. Alovun Atəşgah məbədində alovlandırılıması mərasimi videokadrları nümayiş etdirilib və tribunaya qalxan məşəlçilər alqışlanıb. Yandırılmış çırağı ictimaiyyətə yenyietmə taekvondoçuların dünya ikincisi və Avropa üçüncüsü Minayə Əkbərova təqdim edib.
Estafetçilər sonra Üzeyir parkına gəliblər. Burada yerləşən, Üzeyir Hacıbəyov adına Muğam mərkəzinin qarşısında böyük bəstəkarın musiqilərindən parçalar səslənib, xatirə şəkilləri çəkdirilib.
Ardından Karvan Ağdama yol alıb. Yollarına tökülən gül ləçəkləri yağışı ilə qarşılanan məşəl estafetini Heydər Əliyev prospektində Saleh Qurbanov başlayıb. 3,02 km-lik estafetdə ikinci estafetçi Nəcəf Nəcəfqulubəyli Ağdamın məşhur rəmzi "Çay evi”nin qarşısında yerli ictimaiyyəti salamlayıb, xatirə şəkilləri çəkdirilib. Sonra yürüşü Əkbər Qarayev, Alim Aslanov, Fədai Əliyev, Zəfər İmanov, Səbuhi Cəfərzadə, Nihad Əhliyyətzadə, Qəzənfər Qəzənfərli və Bakı 2015-in rəsmi tərəfdaşı, Alovun səyahətinin dəstəkçisi SOCAR-ın nümayəndəsi, cudo üzrə idman ustası Samir Nəzərov davam etdiriblər. Sonuncu məşəlçi, futbolçu Xəyyam Qurbanov Bayraq meydanına daxil olaraq, səhnəyə qalxıb və çırağı alovlandırıb.
Yerli "Qızılgül” xor kollektivinin çıxışından sonra paytaxtda, qədim Atəşgah məbədində məşəlin alovlandırılması mərasiminə həsr olunmuş videogörüntülər nümayiş etdirilib. Məşəlçilər tribunaya dəvət olunaraq alqışlanıblar. Səhnədə yandırılan çırağı Bəxtiyar Musayev adına tam orta məktəbin 10-cu sinif sagirdi Gunay Kazımova yerli sakinlərə nümayiş etdirib. Səmaya sülhün rəmzi olan göyərçinlər, dostluğu və birliyi rəmz edən şarlar buraxılıb. Mərasimə "Bakı 2015"in Ulduz elçiləri, məşhur mədəniyyət və incəsənət nümayəndələri də qatılıb.
Məşəl estafeti mayın 12-də Zərdab və Tərtər rayonlarında davam etdiriləcək.