Azərbaycan Premyer Liqasının XXXVI turunun "Qəbələ" - "Bakı" matçından sonra maraqlı olay yaşanıb. Sportnet.az-ın məlumatına görə, "Qəbələ"nin futbolçusu Ekiqo Ehiosun mikrofonu əlinə alaraq, sevgilisinə evlənməyi təklif edib.
Daha sonra sevgilisi ona yaxınlaşıb. Ehiosun əlindəki üzüyü sevgilisinə təqdim edib. Mükafatlandırma mərasiminə də futbolçu sevgilisi ilə qatılıb. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bürünc medalı məhz onun xanımının boynundan asıb.
Qeyd edək ki, oyun "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ekiqo Ehiosun oyunda "dubl" edib.
Qeyd edək ki, oyun "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ekiqo Ehiosun oyunda "dubl" edib.