Azərbaycanın gənc cüdoçuları Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının daha 2 qızıl medal qazanıblar.
Sportnet.az xəbər verir ki, yarışın 2-ci günündə Vüsal Qələndərzadə (73 kiloqram) və Süleyman Şükürov (81 kq) fəxri kürsüyə qalxıblar.
Qələndərzadə finalda bolqarıstanlı Dimitar Qospodinovu, Şükürov isə gürcüstanlı Aleksandre Loladzeni üstələyib.
Qeyd edək ki, ötən gün Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) turnirdə qızıl medal əldə ediblər. Nizami İmranov (60 kq) gümüş mükafatla kifayətlənib. Yarış sentyabrın 8-də başa çatacaq.
-----------------------------------------
Azərbaycanın daha iki gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, bunlar Vüsal Qələndərzadə (73 kq) və Süleyman Şükürovdur (81 kq).
Qeyd edək ki, ötən gün Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) turnirdə qızıl medal əldə ediblər. Nizami İmranov (60 kq) gümüş mükafatla kifayətlənib. Yarış sentyabrın 8-də başa çatacaq.