
Bakıda keçirilən Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçusu Zelim Tçkayev qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yer alan Tçkayev finalda kanadalı Qotye Drapo ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Tçkayev qızıl medal qazanıb.
Bu çəki dərəcəsində Azərbaycanın digər təmsilçisi Ömər Rəcəbli isə bürünc medal uğrunda qarşılaşmada bəhreynli Askerbey Gerbekova uduzaraq, 5-ci yeri tutub.
Beləliklə, Azərbaycan millisi Böyük Dəbilqədə medal sayını 5-ə çatdırıb. Bu gün 73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev gümüş, Vüsal Qələndərov bürünc medal qazanıb. Ötən gün isə Əhməd Yusifov 60 kq, Elşən Əsədov isə 66 kq çəkidə bürünc medal əldə ediblər.