
Aprelin 11-də Bakıda qadın və kişi boksçular arasında Böyük İpək Yolu beynəlxalq turniri start götürəcək.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Boks Mərkəzində təşkil olunacaq ənənəvi yarışda Azərbaycan, Tacikistan, Özbəkistan, Kamboca, Monteneqro, Qırğızıstan, Gürcüstan, Rusiya və Qazaxıstan milli komandaları mübarizə aparacaqlar.
25 dəst medal uğrunda 200-dən çox boksçu gücünü yoxlayacaq. Turnirin qaliblərinin adlarına aprelin 15-də aydınlıq gələcək.
Azərbaycan kişilərin yarışında 45, qadınların mübarizəsində 11 boksçu ilə təmsil olunacaq.
Qeyd edək ki, yarışın baş hakimi Anar Babanlı olacaq.