
Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, 130 kq çəki dərəcəsində mübarizə aparan Kandelaki təsəlliverici qarşılaşmada erməni David Ovasapyanı 2:0 hesabı ilə üstələyib.