
Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bu gün cüdoçuların fərdi mübarizəsinə yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, Azərbaycanın ağır çəkilərdəki 3 təmsilçisi tatami üzərinə çıxacaq.
100 kq çəkidə olimpiya, dünya və Avropa çempionu Zelim Kotsoyevin ilk görüşü 1/8 finala təsadüf edəcək.
100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri və qadınların mübarizəsində 78 kq-dan yuxarı çəkidə yer alan Nigar Süleymanova isə çıxışlarına 1/16 finaldan başlayacaqlar.
Avropa çempionatı
26 aprel
Kişilər
100 kq
Zelim Kotsoyev - Simeon Georgiatis (Yunanıstan) / Aristos Mixael (Kipr) cütünün qalibi
+100 kq
Uşangi Kokauri - Patrik Bronyek (Polşa)
Qadınlar
+78 kq
Nigar Süleymanova - Sofio Somxişvili (Gürcüstan)
Qeyd edək ki, indiyədək Azərbaycan cüdoçularından Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıb.