
Tofiq Musayev Azərbaycanda keçiriləcək ilk tarixi UFC turnirində iştirak edəcək.
Bakı Şəhər Halqasından Sportnet.az-a verilən məlumata görə, azərbaycanlı idmançı dünyanın aparıcı qarışıq döyüş sənətləri təşkilatı ilə müqavilə imzalayaraq UFC Fight Night: Hill vs Rountree turnirində döyüşəcək.
Onun rəqibi yüngül çəki dərəcəsində olan qırğızıstanlı döyüşçü Mıqtıbek Orolbaydır.
Beləliklə, Tofiq Musayev UFC ilə müqavilə imzalayan üçüncü azərbaycanlı döyüşçü olub.
Qeyd edək ki, turnir 21 iyunda Bakı Kristal Zalında keçiriləcək. Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Gecənin ikinci ən vacib döyüşü isə yüngül çəki dərəcəsində azərbaycanlı Rafael Fiziyevlə Çili təmsilçisi İqnasio Baxamondes arasında olacaq. Turnirin digər iştirakçılarından biri olan azərbaycanlı döyüşçü Nazim Sadıxov da oktaqona çıxacaq. O, braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.