
İyunun 29-na keçən gecə ABŞ-nin Las-Veqas şəhərində UFC 317 turniri keçirilib.
Sportnet.az xəbər verir ki, gecənin əsas döyüşündə keçmiş yüngül çəki çempionları İlya Topuriya və Çarlz Oliveyra üz-üzə gəliblər.
Görüşün mükafatı yarım orta dizivona keçən İslam Mahaçevin azad etdiyi yüngül çəki kəməri idi.
Maraqla gözlənilən döyüş, əslən gürcü olan İspaniya təmsilçisinin qələbəsi ilə başa çatıb. Topuriya ilk raundda Oliveyranı nokaut edib.
Qeyd edək ki, İlya Topuriya daha əvvəl yarım yüngül çəki dərəcəsinin də çempionu olmağı bacarmışdı. O, UFC tarixində iki divizionda kəməri qazanan 10-cu döyüşçü olub.