
III MDB Oyunlarının proqramına daxil olan qılıncoynatma yarışlarına yekun vurulub.
Sportnet.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunmuş turnirdə qılıncoynatmanın şpaqa növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi finalda Rusiyaya uduzub (45:35) və gümüş medal qazanıb.
Sablya növü üzrə qızlardan ibarət ikinci komanda yarımfinalda Rusiyaya (18:45) uduzub və bürünc medala sahib çıxıb.
Qızlardan ibarət əsas komda isə yarımfinalda Özbəkistana qalib gəlib - 45:37.
Finalda Rusiya ilə qarşılaşan milli 35:45 hesabı ilə uduzub və yarışı ikinci yerdə bitirib.
Xatırladaq ki, daha öncə Azərbaycan qılıncoynadanları 6 bürünc medal qazanmışdı. Bu nəticələrdən sonra yığma MDB oyunlarını 2 gümüş, 7 bürünc medalla başa vurub.