
Azərbaycan cüdoçuları oktyabrın 11-də Perunun paytaxtı Limada start götürəcək Qran Priyə qatılacaqlar.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, üç gün davam edəcək yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elxan Məmmədov və qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatifin başçılığı altında 9 çəki dərəcəsində 17 cüdoçu (14 kişi, 3 qadın) çıxış edəcək.
Yarışa 49 ölkədən 293 idmançı (172 kişi, 121 qadın) qatılacaq.
Azərbaycan millisinin heyəti:
Kişilər
60 kq
Turan Bayramov
Əhməd Yusifov
66 kq
Ruslan Paşayev
Rəşad Yelkiyev
73 kq
Hidayət Heydərov
Rəşid Məmmədəliyev
81 kq
Vüsal Qələndərzadə
Ömər Rəcəbli
90 kq
Vüqar Talıbov
Murad Fətiyev
100 kq
Zelim Kotsoyev
Əjdər Bağırov
+100 kq
Uşanqi Kokauri
Kənan Nəsibov
Qadınlar
48 kq
Könül Əliyeva
52 kq
Xədicə Qədəşova
Aydan Vəliyeva