Çinin Uşi şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında Azərbaycan milli komandası ilk medalını qazanıb.
Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu Qaşim Maqomedov bürünc medala sahib olub.
O, medala gedən yolda Abdul Vahid (Hindistan, 2:1), Omonjon Otajonov (Özbəkistan, 2:0), Lev Korneyev (Serbiya, 2:1) və Yusuf Badəm (Türkiyə, 2:1) üzərində qələbə qazanıb.














































































