Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu Dabidə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub.
Dünya Cüdo Turu seriyasına daxil olan yarışda Azərbaycan 5 çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunacaq. Beynəlxalq turnirdə 52 ölkədən 373 cüdoçu iştirak edəcək.
Əbu Dabi Böyük Dəbilqəsinin təsnifat mərhələsinin görüşləri noyabrın 28-də Bakı vaxtı ilə saat 10:00-dan JudoTV-də, final bloku isə 17:00-dan İdman TV telekanalında canlı yayımlanacaq.
Kişilər
60 kq, 1/8 final
Əhməd Yusifov – Çanad Fetsko (Macarıstan) / Seunqbom Çon (Koreya) cütünün qalibi ilə
Balabəy Ağayev – Marton Andrasi (Macarıstan) / Salih Yıldız (Türkiyə) cütünün qalibi ilə
66 kq, 1/16 final
Ruslan Paşayev – Hamad Matlaei (BƏƏ)
Rəşad Yelkiyev – Denis Vieru (Moldova) / Alessio De Luka (İtaliya)
73 kq, 1/16 final
Rəşid Məmmədəliyev – Stiven Boldbaatar (ABŞ)
Hidayət Heydərov – Adil Osmanov (Moldova) / Covanni Esposito (İtaliya) cütünün qalibi ilə
90 kq, 1/16 final
Murad Fətiyev – Aleksandr Sidorik (Belarus)
Aslan Kotsoyev – Yermaxan Anvarbekov (Qazaxıstan)
+100 kq, 1/8 final
Camal Qamzatxanov – Azamat Çotçayev (Bəhreyn) / Yelaman Yerqaliyev (Qazaxıstan) cütünün qalibi ilə
Uşanqi Kokauri – Mikita Svirid (Xorvatiya) / Munir Ertuğ (Türkiyə) cütünün qalibi ilə