Bu gün cüdo üzrə Azərbaycan çempionatı start götürüb.
Sportnet.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışın ilk günündə 107 cüdoçu 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.
Qadınlar arasında -63 kq, -70 kq, -78 kq, +78 kq; kişilərdə isə -60 kq, -66 kq və -73 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşib.
Qeyd edək ki, ölkə çempionatı "Azman Holding" sponsorluğu ilə baş tutur.
İlk günün mükafatçıları:
Qadınlar
-63 kq
1. Nilgün Rzayeva (Balaxanı İM)
2. Elmira Mustafayeva (DİN İC)
3. Nərgiz Hacıyeva (Neftçi İK)
3. Ayan Əliyeva (Neftçi İK)
-70 kq
1. Südabə Ağayeva (Atilla İK)
2. Aytac Qardaşxanlı (Balaxanı İM)
3. Aynur Həsənova (Mingəçevir UGİM)
3. Alina Kuqayeva (ACF)
-78 kq
1. Günel Həsənli (Abşeron Xırdalan)
2. Nərmin Əmirli (Umbayev Sport Klub)
3. Əsmər Əliyeva (Neftçi İK)
3. Jalə Məmmədova (Neftçi İK)
+78 kq
1. Madina Kaisinova (ACF)
2. Zeynəbxanım Əsədova (AHİTA)
Kişilər
-60 kq
1. Balabəy Ağayev (Neftçi İK)
2. Murad Muradlı (Judo Club 2012)
3. Babarəhim Mirzəyev (Qobustan)
3. Murad Əliyev (Ordu İdman Klubu)
-66 kq
1. Nazir Talıbov (Judo Club 2012)
2. Hüseyn Allahyarov (Judo Club 2012)
3. Rəşad Yelkiyev (Kanokan-TT İK)
3. Tofiq Məmmədov (Azəri-Cüdo İKİB)
-73 kq
1. Kamran Süleymanov (Sərhədçi İM)
2. Rüfət Şövlətov (Judo Club 2012)
3. Nəriman Mirzəyev (Neftçi İK)
3. Əbil Yusubov (Atilla İK)

























































































