Azərbaycan cüdoçuları bu il beynəlxalq yarışlarda 253 medal qazanıblar.
Sportnet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu ölkə çempionatının açılış mərasimində bildirib.
O deyib ki, medallardan 76-cı qızıl, 61-i gümüş, 116-sı bürünc əyarlı olub.
Rəsullu hazırda Azərbaycanda cüdo ilə məşğul olanların sayının 21000 nəfəri ötdüyünü də əlavə edib.

















































































