2026-cı ildə Azərbaycanda boks üzrə bir sıra beynəlxalq turnirlər təşkil olunacaq.
Sportnet.az xəbər verir ki, Azərbaycan Boks Federasiyası (ABF) bu il təşkil edəcəyi yarışların təqvimini açıqlayıb.
İlin ilk yarışı 2–8 aprel tarixlərində böyüklər arasında keçiriləcək “Böyük İpək Yolu” beynəlxalq turniri olacaq.
Daha sonra 2–8 may tarixlərində yeniyetmələr arasında Heydər Əliyev kuboku-2026 (U-17) təşkil ediləcək.
İlin son beynəlxalq yarışı isə 4–10 dekabr tarixlərində gənclər arasında keçiriləcək Abbas Ağalarovun xatirəsinə həsr olunan turnir (U-19) olacaq.
Qeyd edək ki, turnirlərin hamısı Bakı Boks Mərkəzində baş tutacaq. Bu yarışlarda müxtəlif ölkələrdən olan boksçuların iştirakı gözlənilir.















































































