Əfsanəvi boksçu Mayk Tayson qeyri-adi hərrac vasitəsilə gəlir əldə edib.
Sportnet.az-ın “Goldin” şirkətinə istinadən yaydığı məlumata görə, Tayson “Instagram”da bir fanatını izləmək üçün 3304 dollar qazanıb.
Fanatlar arasında keçirilən hərracda qalib gələn şəxs boksçunun sosial şəbəkədəki 300-cü izlədiyi istifadəçi olub.
Qeyd edək ki, 2026-cı ildə Mayk Taysonun digər boks ulduzu Floyd Meyvezerlə nümunəvi döyüş keçirməsi gözlənilir.










































































