Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Göygöldə növbəti təlim-məşq toplanışına başlayıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Göygöl Olimpiya İdman Kompleksində təşkil edilən hazırlıq prosesi fevralın 8-dək davam edəcək.
Toplanışda baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov, Bəhruz Həzrətipur, Rəsul Cazini və Sabah Şəriətinin rəhbərliyi altında 37 güləşçi iştirak edir.
Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı təlim-məşq prosesi qarşıdakı nüfuzlu yarışlara, o cümlədən fevralın 25-dən martın 1-dək Albaniyanın paytaxtı Tiranada keçiriləcək reytinq turnirinə hazırlıq xarakteri daşıyır.










































































